Samsung paltaryuyan maşını paltarı sıxmırsa, nə etməli
Əgər yuma bitməyibsə, ekranda vaxt dəyişir
Barabanın fırlanıb-fırlanmamasına baxın.
Əgər baraban fırlanmırsa
Əgər baraban fırlanmırsa
Əgər yuma davam etmədisə və ya ekranda UE, UB yaxud 4E xətası göründüsə, deməli, maşın paltarı düzəldə bilməyib. Belə hallarda "Paltaryuyan maşında UE, UB, E4 xətaları" məqaləsində gösgtərildiyi kimi hərəkət edin.
Əgər yuma bitdisə, ekranda xəta yoxdursa, amma paltar yaşdırsa
Paltar aşağıda sadalanan bir sıra səbəblərə görə yaş qalır Onların hər birini növbə ilə yoxlayın.
- Sıxmanın olmadığı yuma rejimi seçilib
Zərif parçalar üçün rejimlərdə maşın paltarı sıxmır. Zərif parçalar üçün rejimlər: əldə yuma, əldə yun yuma, yun, amma başqaları da ola bilər. Ətraflı məlumat sizin paltaryuyan maşının təlimatındadır.
Maşının düzgün işlədiyini yoxlamaq üçün paltarı başqa rejimdə yuyun: sürətli yuma, gündəlik və s.
- Sıxma zamanı aşağı dövrələr
Sıxma üçün hansı dövrələrin seçildiyini yoxlayın. Aşağı dövrələrdə paltar demək olar ki, sıxılmır.
Maşının düzgün işlədiyini yoxlamaq üçün yüksək dövrələr - 800 və ya 1000 qoyun.
- Yataq dəsti və ya böyük əşyalar
Yataq dəsti və böyük əşyalar çox vaxt bükülür və dolaşır. Belə hallarda maşın onları keyfiyyətli sıxa bilmir.
Əgər belə şeylr yuyursunuzsa, onları maşından çıxarın, düzəldin, maşına qoyun və "Sıxma" rejimini təkrar işə salın.
- Az miqdarda əşyanın yuyulması
Bir-iki əşya yuyulanda maşın paltarı keyfiyyətli sıxmaya bilər. Daha keyfiyyətli sıxma üçün əşyalarnın sayı 4-dən az olmamalıdır.
- Çirkli axın filtri
Əgər axın filtri çirklidirsə, su lazım olduğundan yavaş axır. Sıxma zamanı suyun hissəsi axmağı çatdırmır və barabanda ləngiyir. Bunun ucbatından əşyalar yaş qalır.
Su normal axsın deyə axın filtrini təmizləyin.
Samsung paltaryuyan maşını paltarı sıxmırsa, bunun səbəbi adətən ya yuma prosesinin hələ bitməməsi, ya da müəyyən texniki və ya istismar səbəbləridir. Əgər yuma bitməyibsə, barabanın fırlanıb-fırlanmamasını yoxlayın: fırlanmırsa — xəta kodunu gözləyin və açıqlamasını tapın, fırlanırsa — 10 dəqiqə gözləyin, maşın paltarı özü düzəldəcək. Yuma bitibsə, xəta yoxdursa, amma paltar yaşdırsa, əsas səbəbləri növbə ilə yoxlayın: sıxmasız rejim seçilib, aşağı dövrələr qurulub, böyük əşyalar bükülüb, az miqdarda paltar yuyulub və ya çirkli axın filtri suyun axınını ləngidir.
Tövsiyələr Samsung şirkəti tərəfindən təqdim edilib və yoxlanılıb.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.